Vətən müharibəsindən qayıdan hakimi futbolçular belə qarşıladı - FOTO


“Səbail” – “Neftçi” (1:3) matçında maraqlı anlar yaşanıb. 
44 günlük Vətən müharibəsində iştirak etmiş futbol hakimi Kamal Umudlu "Zəfər dəhlizi"ndə futbolçuların alqışları altında meydançaya daxil olub. 

Yeniavaz.com xəbər verir ki, bu barədə PFL rəsmisi Elgiz Abbasov məlumat verib. Kamal Umudlu sözügedən jestlə bağlı sosial şəbəkədə minnətdarlığını bildirib: "117 gün sonra yaşıl meydanlara qayıtmaq həqiqətəndə möhtəşəm hissdir...Mənim üçün yarıda qalmış, yeni bir başlanğıcdır bu... Bu gözəl günü mənim üçün yadda qalan və dahada möhtəşəm edən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm...VAR OLUN...!!!"

 

DİGƏR XƏBƏRLƏR

Top