İnternetə çıxışı olmayan şagirdlərin qiymətləndirilməsi necə aparılacaq?


"Ötən tədris ilin mart ayından Təhsil Nazirliyinin təşəbbüsü ilə teledərslər layihəsi başlanıldı və ölkənin iki böyük televiziya kanallarında yayımlandı. Əgər teledərslərin keyfiyyətini ötən ilki ilə müqayisədə təhlil etsəniz kifayət qədər təkminləşmələrin olduğunu görərsiniz. Bu telestudianın tərtibatından tutmuş, müəllimlərin təqdim etdikləri dərsin akademik keyfiyyətinə qədər böyük irəliləyiş deməkdir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
O bildirib ki, bütün bunlar internetə çıxışı olmayan şagirdlərin mənafeyi naminə atılmış addımdır:
"Bununla bağlı dəfələrlə məlumatlandırma kampaniyası aparmışıq ki, bu imkandan istifadə etsinlər. Teledərslər vasitəsilə şagirdlər çox da dərin bilik qazana bilməzlər lakin zəruri olan minimal bilikləri öyrənmək mümkün idi. Bundan başqa dərsliklər hər bir uşaq əlçatandır. Dərsliklərdə oxuyub başa düşmədiklərini, müəllimlərinə telefonla bildirib, öyrənmək kimi bir imkan da var idi. Müstəqil öyrənmə bacarıqları haqqında biz mart ayından danışırıq. Dəfələrlə demişik ki, XXI əsr insanı üçün vacib olan səriştələrdir. Eyni zamanda məktəbdə oxuyan şagird üçün də müstəqil öyrənmə vacibdir. Virtual dərslərə qoşulmayan şagirdlər belə saydığımız üç bənddən istifadə edərək minimal zəruri biliklərini qiymətləndirmədə nümayiş etdirə bilərlər".

DİGƏR XƏBƏRLƏR

Top