Şagirdlərin qiymətləndirilməsində güzəştlər olunacaq? - Rəsmi CAVAB


"Güzəşt daha çox sosial ədalət məsələlərində yaxşıdır. Söhbət akademik qiymətləndirmədən gedirsə və qiymətləndirmə meyarlar əsasında aparaılırsa, A şagirdin B şagirdə nisbətən eyni meyara əsasən harada olduğu müəyyən etmək lazımdır. Burada həmin şagirdlərin fərdi vəziyyətləri nəzərə alınması obyektiv qiymətləndirmə üçün obyekt deyil". 
Yeniavaz.com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
O bildirib ki, güzəştlər barəsində okytabrın əvvəllərində Təhsil İnstitutu bütün fənlər və siniflər üçün siyahı hazırlayıb:
"Həmin siyahıda hansı mövzuların ixtisar edilməsi ilə bağlı tövsiyələr olunub. Belə bir şərti bölgü var: bilmək vacibdir və bilmək pis olmaz. Biz qərara gəldik ki, bilmək pis olmaz kateqoriyasına aid olan mövzuları çıxardaq. Bu da şagirdlər üçün bir güzəştdir. Siyahımızı Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim etdik. Onlar da planlaşdırdılar ki, builki 9 və 11-ci sinidlər üçün həmin mövzular standartlar üzrə buraxılış və qəbul imtahanlarına salınmasın. Güzəşt olaraq biz bunu qəbul edirik”.
Qeyd edək ki, pandemiya dövründə internetə çıxışı olmayan şagirdlər distant təhsildən faydalana bilmədilər və təhsildən kənarda qaldılar. Sözügedən şagirdlərin qiymətləndirilməsi zamanı güzəştin olunub-olunmayacağı barədə dəfələrlə Təhsil Nazirliyinə sual ünvanlasaq da, cavab ala bilmədik.

DİGƏR XƏBƏRLƏR

Top