Ukraynada küçədə sərxoş vəziyyətdə gəzən baş nazir müavini işdən çıxarıldı - VİDEO


Ukraynada küçədə sərxoş vəziyyətdə gəzən Ukraynanın baş nazirinin müavini Vitali Nemilostivi işdən çıxarılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir müavini ilə polis arasında mübahisə yaranıb.
Paylaşılan görüntüdə spirtli içki qəbul etmiş Nemilostivi avtomobilin açarını polisə verərək olduğu yeri tərk etmək istəyib. Nazir müavini polis tərəfindən ona qarşı tədbir görülməsini istəməyib. O, nazir müavini olduğunu xatırladaraq polisə "Əlinizi aşağı salın" deyə qışqırıb. Polisə etiraz edərək oradan uzaqlaşmaq istəyən Nemilostiv yerə uzadılaraq zərərsizləşdirilib.
Görüntülərin yayımlanmasından sonra açıqlama verən Ukraynanın Baş naziri Denis Şmiqal, Nemilostivinin bu gün Nazirlər Şurasının nöbədənkənar iclasında vəzifəsindən azad edildiyini açıqlanıb. Şmiqal hökumətdə heç kimin toxunulmaz olmadığını və hər kəsin qanun qarşısında bərabər olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top