Ermənistan Səhiyyə Nazirliyi: "Bu günə qədər 3450 hərbçi cəsədi ekspertizadan keçib"


Ermənistanın Səhiyyə naziri Anahit Avanesyan bu günə qədər tibbi ekspertizadan keçirdikləri hərbçi cəsədləri barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Anahit Avanesyan verdiyi açıqlamada bildirib ki, bu günə qədər 3450 cəsəd tibbi ekspertizadan keçirilib:
“Hər gün 30 cəsədin kimliyinin tanınması prosesi baş tutur. Kimliyi bilinməyən neçə cəsədin qalması barədə isə dəqiq bir məlumat verə bilmərəm”. 

DİGƏR XƏBƏRLƏR

Top