SSRİ Baş prokurorunun müavini: Qarabağda ilk öldürülən azərbaycanlılar olub – TARİXİ KADRLAR


33 il əvvəl - 1988-ci ilin mart ayında SSRİ Dövlət Mərkəzi Televiziyasının əməkdaşları Azərbaycan və Ermənistan paytaxtlarına səfər edərək insanlardan yenicə başlayan Dağlıq Qarabağ münaqişəsinə münasibətlərini öyrənib.
Yeniavaz.com xəbər verir ki, SSRİ Dövlət Mərkəzi Televiziyasının həm Bakıda, həm də İrəvanda lentə aldığı kadralar Dağlıq Qarabağ münaqişəsinin necə başladığını və hansı xalqın daha sülhpərvər olduğunu göstərmək baxımından tarixi əhəmiyyət daşıyır.
SSRİ Dövlət Mərkəzi Televiziyasının danışdırdığı İrəvan sakinləri azərbaycanlıların ermənilərə qarşı düşmən münasibət bəslədiyini iddi edərək onlarla birgə yaşamağın mümkün olmadığını deyirlər. Yalandan iddia edirlər ki, guya baş verən münaqişədə ilk öldürülən şəxs erməni olub. 1988-ci ilin fevral ayının 27-28-i tarixlərində Sumqayıtda baş verən hadisələr zamanı ölən ermənilərin münaqişə zamanı öldürülən ilk şəxs olduğunu bildirirlər. Lakin, SSRİ-nin baş prokurorunun birinci müavini  Aleksandr Filipoviç Katusev Dövlət Mərkəzi Televiziyasındakı “Mövqe” (“Poziçiya”) verilişində açıq şəkildə bildirir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ilk öldürülən şəxs azərbaycanlı olub. Hadisə 1988-ci ilin fevral ayının 22-də Əsgəran rayonu ərazisində baş verib. Ermənilərin atəş açması nəticəsində 2 azərbaycanlı gənci qətlə yetirilib.
İrəvan sakinlərindən fərqli olaraq Bakıda keçirilən sorğuda azərbaycanlıların ermənilərə qarşı düşmən münasibət bəsləmədiyi görülür. Hətta lentə alınan kadrlarda eyni sinifdə oxuyan iki məktəbli qızdan birini azərbaycanlı, digərinin isə erməni olduğu görülür.
SSRİ Dövlət Mərkəzi Televiziyasının lentə aldığı həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top