Bayden Trampın ona yazdığı məktubdan danışdı


ABŞ-ın yeni prezidenti Co Bayden Donald Trampın ona yazdığı məktubdan məmnun qaldığını bildirib.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, Bayden Trampın ona olduqca səxavətli məktub yazdığını məzmununu isə hələlik açıqlamaq istəmədiyini bildirib:
“Bu xüsusi bir məktubdur və Trampla söhbət etməyənə qədər məzmunu barədə danışmayacağam".
Qeyd edək ki, Donald Tramp Ağ Evi tərk edərkən yeni prezident Co Baydenə mesaj buraxıb.
Bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top