Moskvada karantin qaydaları yumşaldıldı – Bu sahələrin fəaliyyəti bərpa edildi


Rusiyanın paytaxtı Moskvada karantin qaydaları yumşaldıldı.
Yeniavaz.com
"TASS"a istinadla xəbər verir ki, Moskvada sabahdan etibarən kolleclərdə əyani şəkildə dərslər bərpa edilir. Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib:
“Kolleclər, əlavə təhsil müəssisələri, idman məktəbləri və uşaqların istirahət mərkəzləri normal iş rejiminə qayıdır. Şagirdlərin nəqliyyat kartları açılacaq. Həmçinin, muzeylərin, kitabxanaların, digər mədəniyyət müəssisələrinin fəaliyyəti bərpa olunur. Əyləncə mərkəzləri Moskvada yenidən fəliyyət göstərəcək. Bununla yanaşı, müəssisələrdə eyni vaxtda uşaq və böyüklərin sayı müvafiq binaların ümumi tutumunun 50 faizindən çox ola bilməz".

DİGƏR XƏBƏRLƏR

Top