Bayden Trampın bu qərarlarını ləğv etdi


ABŞ-ın yeni pezidenti Co Bayden sabiq prezident Donald Trampın bəzi qərarlarını ləğv edib.
Yeniavaz.com
“Ria.ru”ya istinadla xəbər verir ki, ABŞ-ın 46-cı prezidenti Co Bayden Trampın bir sıra qərarlarını ləğv edib. Yeni qərara əsasən ABŞ Ümumdünya Səhiyyə Təşkilatına geri qayıdıb.
Qeyd edək ki, Tramp ÜST-ü Çinin maraqlarına uyğun hərəkət etməkdə günahlandıraraq təşkilatdan çıxamaq barədə göstəriş vermişdi. Bayden həmçinin, sələfinin geri çəkilmək barədə qərar verdiyi Paris İqlim Sazişinə qayıtdıqlarını açıqladı. Yeni ABŞ prezidenti Trampın qalmaqallı qərarlarından sayılan Meksika ilə sərhədə divarın inşasını dayandırdı. Bundan əlavə, Bayden Yaxın Şərqdə yerləşən bir neçə ölkənin ABŞ-a girişinə dair qoyduğu məhdudiyyətləri ləğv etdi.

DİGƏR XƏBƏRLƏR

Top