Tarixdə ilk dəfə bitkoynla futbolçu alınıb


İspaniyalı futbolçu David Barral tarixə düşüb.

37 yaşlı hücumçu transferi kriptovalyuta ilə gerçəkləşən ilk futbolçu olub.

O, İspaniyanın 3-cü divizion təmsilçisi “Rasinq”dən eyni liqada çıxış edən “İnternasional Madrid”ə keçib. Transferin bitkoynla reallaşması “İnternasional Madrid”in “Criptan” platforması ilə əməkdaşlığı sayəsində mümkün olub. Bu klubun sahibkarlarından biri də tanınmış qapıçı Tibo Kurtuadır.

Qeyd edək ki, veteran forvard karyerası ərzində “Kastilya”, “Levante”, “Qranada” və “Sportinq Xixon” kimi klublarda oynayıb.//apa

DİGƏR XƏBƏRLƏR

Top