İspaniyada güclü partlayışda ölənlərin sayı 3-ə çatdı, 11 yaralı - VİDEO - YENİLƏNİB

Madriddə güclü partlayış nəticəsində ölənlərin sayı 3, yaralananların sayı isə 11 nəfərə çatıb.

Bu barədə Madrid Təcili yardım xidmətinin “Twitter” səhifəsində bildirilib.

“Üç nəfərin öldüyü, 11 şəxsin yaralandığı məlumdur. Onlardan birinin vəziyyəti ağırdır, 10 nəfər yüngül yaralıdır”, - deyə rəsmi məlumatda qeyd olunur.

İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.

19:08
İspaniyanın paytaxtı Madriddə güclü partlayış olub.

"TASS"ın məlumatına görə Madriddə baş verən partlayış nəticəsində ən az 2 nəfər ölüb, çox sayda insan isə yaralanıb. 
*18:48
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, partlayış baş verdiyi ərazidə yerləşən yaşayış binasının bir hissəsi dağılıb.

Qonşu evlərə də ziyan dəydiyi bildirilir.
Partlayışın səbəbləri, ölən və xəsarət alanların olması barədə hələlik məlumat yoxdur.
 

DİGƏR XƏBƏRLƏR

Top