Öldürülməsinə görə Putinin Kadırovu təbrik etdiyi Aslan Byutukayev kimdir? – DOSYE


Çeçenistan lideri Ramzan Kadırov bu gün bir çox cinayətlərdə adı hallanan Aslan Byutukayev və dəstəsinin zərərsiləşdirildiyini açıqlayıb. 
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki,  Rusiya prezidenti Vladimir Putin bu səbəblə Ramzan Kadırovu təbrik edib. 
Aslan Byutkayev  22 oktyabr 1974-cü ildə Çeçenistanda anadan olub. O, Rusiyada və Çeçenistanda bir çox cinayətlərin təşkilində günahkar bilinir. 2011-ci il 24 yanvarda Doku Umarovla birlikdə Moskvada “Domodedovo” hava limanında 37 nəfərin öldüyü terror aktını törətdiyi qeyd olunur. Yayılan məlumatlarda bildirilir ki, Byutukayev 5 oktyabr 2014-cü ildə Qroznı bələdiyyə binasının qarşısında kamikadze hücumu təşkil edib. Hadisə nəticəsində 5 rus polis dünyasını dəyişmişdi. Bundan başqa Qroznıda baş verən toqquşmalarda 14 rus polisini öldürdüyü, 35 nəfəri isə yaraladığı vurğulanır. 2011-ci ildə onun İnquşetiyada keçirilmiş xüsusi əməliyyat zamanı öldüyünə dair məlumatlar olsa da xəbər dəqiqləşməmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top