Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9% artaraq 703,5 manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əmək haqqı neft-qaz sektorunda 3 min 331,6 manat, qeyri neft-qaz sektorunda 646,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 623,9 manat, özəl müəssisələrdə isə 803 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesinin qeyri-dövlət bölməsində qeydə alınıb - ayda 4 min 293,3 manat, ən aşağı əmək haqqı isə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində (özəl sektor) qeydə alınıb - ayda 311,1 manat.
2020-ci ilin yanvar-noyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı bu cür olub:
İqtisadi fəaliyyət növləri | CƏMİ | Dövlət | Qeyri-dövlət |
Ölkə üzrə – cəmi | 703,5 | 623,9 | 803,0 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 429,5 | 394,8 | 461,0 |
Mədənçıxarma sənayesi | 3 267,4 | 1 651,9 | 4 293,3 |
Emal sənayesi | 644,1 | 815,0 | 613,2 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 697,8 | 697,2 | 723,1 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 560,2 | 524,8 | 915,5 |
Tikinti | 791,9 | 673,9 | 834,3 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 521,3 | 479,4 | 521,7 |
Nəqliyyat və anbar təsərrüfatı | 878,8 | 861,6 | 907,0 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 533,4 | 1 154,5 | 510,6 |
İnformasiya və rabitə | 1 071,7 | 820,7 | 1 380,1 |
Maliyyə və sığorta fəaliyyəti | 1 717,1 | 1 703,9 | 1 720,8 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 607,6 | 523,0 | 670,1 |
Peşə, elmi və texniki fəaliyyət | 1 178,8 | 680,3 | 1 895,0 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 419,4 | 372,2 | 558,4 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 929,8 | 962,6 | 311,1 |
Təhsil | 512,3 | 504,0 | 799,8 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 512,8 | 516,4 | 489,2 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 522,2 | 472,1 | 1 166,0 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 669,1 | 892,4 | 644,3 |