Putinin sarayı olduğu iddia edilən görüntülərlə bağlı Kremldən AÇIQLAMA


Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinə aid olduğu iddia edilən video ilə bağlı açıqlama yaydı. 
Yeniavaz.com
“TASS”a istinadla dünən müxalif siyasətçi Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putinə aid olduğunu deyərək böyük saray görüntülərini paylaşmışdı. Qısa vaxt ərzində milyonlarla adamın izlədiyi həmin görüntülərlə bağlı Kreml sözçüsü Dmitri Peskov açıqlama verdi. O, bəhs edilən görüntüləri pul qazanmaq üçün fırıldaqçıların metodu olduğunu bildirdi:
“Xüsusilə bu qədər izləndiyini üçün bütün vətəndaşları xəbərdar edirik, fırıldaqçılara uymayın. Onlar yalançı araşdırmaçılardır. Görüntülərdəki sarayın Putinə aid olması isə tamamilə cəfəngiyatdır”.

DİGƏR XƏBƏRLƏR

Top