Çavuşoğlu 20 Yanvar faciəsinin qurbanlarını yad etdi


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar olaraq hislərini paylaşıb.
Yeniavaz.com xəbər verir ki, nazir bu paylaşımı öz “Twitter” hesabından edib:
“20 Yanvar 1990-cı ildə Azərbaycanın istiqlalı uğrunda həyatlarını qurban verən qardaş və bacılarımızı rəhmətlə xatırlayırıq. Şəhidlərin simvolu olan qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan Xarı bülbüllə birlikdə açır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”

DİGƏR XƏBƏRLƏR

Top