“Cavabdehlik bu dəqiqə ABŞ məhkəməsindədir. Vaşinqton 2015-ci ildə əldə olunmuş razılaşmaya riayət edərsə, biz də razılaşma çərçivəsində götürdüyümüz öhdəliklərə tam əməl edəcəyik”.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani bu sözləri televiziya vasitəsilə yayımlanan iclasda səsləndirib.
Ruhani həmçinin bu gün ABŞ prezidenti Donald Trampın siyasi karyerasının sona çatdığını və İrana qarşı maksimum təzyiq siyasətinin tamamilə iflasa uğradığını da vurğulayıb.