Blinken vəzifəyə başlamadan Türkiyəyə qarşı sərt mesaj göndərdi


Co Baydenin ABŞ-ın Xarici İşlər naziri vəzifəsinə təyin ediləcəyi deyilən Antoni Blinken, Türkiyə ilə bağlı çox sərt danışıb.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, Blinken Türkiyəyə qarşı sərt ifadələri senatın Xarici Əlaqələr Komitəsindəki iclasda çıxışı zamanı ifadə edib:
"Strateji tərəfdaşımız Türkiyənin ən böyük strateji rəqibimiz Rusiya ilə eyni xətdə irəliləməsi qəbuledilməzdir".
Əvvəllər Türkiyənin PKK-ya qarşı mübarizəsini dəstəkləyəcəyini açıqlayan Blinken, NATO-nun üzvü olan Türkiyənin müttəfiq kimi davranmadığını və S-400-ün alınmasından sonra yeni sanksiyaların tətbiq olunmasının gündəmdə olduğunu bildirib. O, Ankaranın S-400-ü almasını böyük bir səhv adlandırıb.
Blinken Türkiyəyə qarşı təqbiq olunan sanksiyalara yenidən baxılması lazım olduğunu da vurğulayıb.
Qeyd edək ki, iki NATO müttəfiqinin Suriya, Aralıq dənizində təbii qaz və Dağlıq Qarabağ məsələsində fikir ayrılıqları səbəbindən ortaq nöqtəyə gələ bilmədikləri deyilir.

DİGƏR XƏBƏRLƏR

Top