Ödənişli təhsillə bağlı deyilən fikirlərə Təhsil Nazirliyindən REAKSİYA


“Musavat Tv-də debat zamanı ödənişli təhsillə bağlı deyilən rəqəmlər yanlış məlumatdır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov sosial media hesabında qeyd edib.
Paylaşımda deyilir:
“Bəs əslində doğru rəqəmlər hansılardır?
- 2020-2021-ci tədris ilinin tələbə qəbulu üzrə proqnoz yerlərinin 45,2 % dövlət sifarişi təşkil edib;
- Cari tədris ilində qəbul olunan tələbələrin 50,1%, yəni hər iki tələbədən biri dövlət sifarişi ilə təhsil almaq şansını qazanıb;
- 2018-2019-cu tədris ilinə nisbətən 2019-2020-cu tədris ilində dövlət sifarişli yerlər 66,1%, yəni, 12.324 yerdən 20.474-dək artıb;
- 2019-2020-ci tədris ilinə nisbətən 2020-2021-ci tədris ilində dövlət sifarişli yerlərin sayı 10,8 faiz artaraq 22.681 yer təşkil edib”.
Qeyd edək ki, ötən gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovla "Müsavat TV"nin canlı yayımında debatda çıxışı zamanı Azərbaycanda təhsilin 15%-nin dövlət sifarişli, 85 %-nin isə ödənişli olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top