Putinin 100 milyardlıq sarayı - VİDEO


Hazırda həbsdə olan Rusiya müxalifətinin aparıcı siması siyasətçı Aleksandr Navalnının yeni araşdırması yayımlanıb.
Yeniavaz.com xəbər verir ki, budəfəki araşdırma rusiya prezidenti Vladimir Putinin Qara dəniz sahillərindəki 100 milyard rublluq (1 milyard 358 milyon dollar) imarətinə həsr olunub. 17 691 kv/m-lik saray daxilində SPA-lar, hamamlar, hovuzlar (musiqili, sadə, cakuzili), akvadiskoteka, palçıq vannası qəbul etməsi üçün 18 kv/m-lik palçıq anbarı, trenajor zalı (tatamili), oxu zalı, musiqili qonaq otağı (Çar imperiyasına aid saraylardan ilhamlanıb), kiçik nahar zalı (74 kv/m), tərəvəz sexi, ət sexi, yumurta sexi, teatr zalı, qəlyan zalı, kazino, kiçik maşın kolleksiyası üçün otaq, böyük zallar, yataq otaqları və s. var.
Sarayın ətrafında yeraltı buz meydançası, 300 hektarı əhatə edən nəhəng üzüm sahələri, şərab zavodları, 2389 kv/m-lik şato, 3201 kv/m SPA kompleks, kilsə, 2500 kv/m-lik istixana, 2 helikopter meydançası, yanacaq doldurma məntəqəsi, mobil antenlərin yerləşdiyi xüsusi stansiya, qərargah binası, işçilər üçün xüsusi çox mərtəbəli binalar, 2500 kv/m-lik çay evi, 80 metrlik körpü, yeraltı tunel və s. binalar mövcuddur.
Həmin araşdırmanın tam versiyasını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top