ABŞ: Çin Sincanda uyğur xalqına qarşı soyqırım törədir


ABŞ Dövlət Katibi Mayk Pompeo, Çinin Sincan Uyğur Muxtar Bölgəsində soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəldiklərini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddəti bitməsindən 24 saat qala Çinə qarşı yeni bir addım atılıb.

Pompeo, yazılı açıqlamasında son 4 ildə Çinin Uyğur xalqına qarşı davranışını xüsusi diqqətlə araşdırdıqlarını ifadə edib: “Mövcud faktların diqqətlə araşdırılması nəticəsində 2017-ci ilin martından Çin Kommunist Partiyasının hakimiyyəti altındakı Çin hökumətinin xüsusilə müsəlman uyğur xalqı və Sincandakı digər etnik, dini azlıqlara qarşı soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəldim".

DİGƏR XƏBƏRLƏR

Top