"Lotu Quli"nin qəbri üstə atışma olub - Ölən və yaralı var - FOTO


Kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”)
məzarı başında atışma olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2 gün əvvəl - 17 yanvarda baş verib.
Məlumatda bildirilir ki, azərbaycanlı Əli Həşimov adlı şəxs İlkin İ. Adlı şəxslə “Lotu Quli”nin məzarı yaxınlığında rastlaşıblar. Bu iki şəxs arasında mübahisə yaranıb.
Mübahisə nəticəsində Əli Kənanı üstündə gəzdirdiyi odlu silahla atəş açıb. Bu zaman Kənan Əlinin əlindən silahı alaraq, onu başından vurub. Nəticədə Əli Həşimov ölüb, Kənan İ. Isə xəstəxanaya aparılıb.
Bildirilir ki, mübahisəyə səbəb borc olub.


DİGƏR XƏBƏRLƏR

Top