Ermənistan FHN-nin 2 əməkdaşı Azərbaycanla sərhəddə minaya düşdü


Ermənistanın Sünik bölgəsinin Mehri rayonunun Nrnadzor (Nüvədi) kəndi yaxınlığında mina partlayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadın xəbər verir ki, bu barədə məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, mina partlayışı nəticəsində Ermənistan FHN-nin xilasetmə xidmətinin kapitanı Artyom Şahnazaryan və xilasetmə xidmətinin əməkdaşı Aram Navasardyan yaralanıblar. Yaralananlara ilk tibbi yardım Mehridə göstərilib, daha sonra Qafan xəstəxanasına göndəriliblər.
Qeyd edək ki, Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonu ilə həmsərhəd ərazidə Araz çayının (İran sərhədi) kənarında yerləşir. Kənd 1928-ci ildə Zəngilan rayonunun tərkibindən alınaraq Ermənistana birləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top