Mingəçevirdə şəhid ailəsinin evi təmir olundu - FOTOLAR


"Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Malik Əsədovun şəhadətinin 29-cu ildönümüdür.Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlərimiz bizim qürur yerimizdir. Onların ucaldığı şəhidlik zirvəsi bizim yaşamağımıza, qisas hissimizə stimul verməlidir. Onlar şəhid olub, amma onların ailələri bizə və dövlətimizə əmanətdir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Mingəçevirin İcra başçısı İlham İsmayılov deyib. Bir müddət əvvəl Milli Qəhrəmanın qızı Gülnar Əsədova mənzilinin şəraitsiz olması ilə bağlı İcra Hakimiyyətinə müraciət edib. Onun müraciəti əsasında mənzilə baxış keçirilib. Bundan sonra başçının tapşırığına əsasən mənzildə təmir işləri aparılıb. Mənzilin bütün otaqlarına stilik sistemi quraşdırılıb. İlham İsmayılov təmirdən sonra da Gülnar Əsədovanın evində olub. Aparılan işlərlə yaxından tanış olub.
Gülnar Əsədovanın sözlərinə görə, onlar 15 ildir, 3 uşaqla bu mənzildə şəraitsiz vəziyyətdə yaşayıblar:
“Qış aylarında mənzilimiz soyuq olduğundan uşaqlar xəstələnirdi. Bununla bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət etdim. Sağ olsunlar, mənzilimizə həm istilik sistemi çəkildi, həm bütün otaqlarımızı təmir etdilər. Mən İcra başçısı İlham İsmayılova və bütün bu işləri görən şəhərin “komxoz”idarəsinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, bundan başqa şəhərdə 3 qazinin də evinə istilik sistemi çəkilir.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top