"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov vəzifəsindən ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat verib.
İbrahimov 15 illik “Qarabağ” karyerasının sona çatdığını açıqlayıb.
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.