Makron nazirlərə COVID-19 peyvəndi haqqında danışmağı qadağan etdi


Fransa prezidenti Emmanuel Makron, bəzi nazirlərə COVID-19 peyvəndi haqqında danışmağı qadağan edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Makron bu qərarını Nazirlər Şurasının 13 yanvar tarixli iclasında açıqlayıb. Fransa prezidenti bu haqda danışmağı yalnız baş nazir Jan Kasteks, Səhiyyə naziri Oliver Veran, Sənaye İşləri Dövlət naziri Aqnes Panniyer-Runaçer və hökumət sözçüsü Qabriel Attala izin verib.
Prezident digər nazirlərin açıqlama verəcəkləri təqdirdə istefalarının gözlənildiyini qeyd edib.
Fransa mətbuatında bildirilib ki, Makron ölkədəki peyvəndlənmə strategiyasından və bəzi nazirlərin açıqlamalarından narazıdır, vaksin və pandemiya ilə bağlı yanlış addımların atılmasına tolerantlıq göstərmir.

DİGƏR XƏBƏRLƏR

Top