"Mərkəzi Banka bina tikilməsi böyük faciə deyil ki. Onda belə çıxır ki, ölkə dayansın, nə yol çəkilsin, nə bina tikilsin, şəhərlər dayansın. Binanın o qiymətə tikilməsinin də öz cəhətləri var".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov "Müsavat TV"nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.
Jurnalistin “İndiki dövrdə buna ehtiyac var idimi?” sualına isə S.Novruzov belə cavab verib: “Təbii ki, ehtiyac var ki, tikirlər. Buna peşəkarlar daha uyğun cavab verə bilər. Biz bina tikməklə məşğul olmuruq. Qərar qəbul olunursa, ölçülüb, biçilib, qəbul olunur”.