Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hamilə qadınlara və körpələrə vaksin vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva hamilə olan qadınlara peyvəndin vurulmasının tövsiyə edilmədiyini deyib:
"Bunu ziyan olduğu üçün deyil, bu istiqamətdə hələ araşdırmalar aparılmadığına görə tövsiyə etmirik. Ona görə də hamilə xanımlar vaksinasiya olmamalıdırlar".