Nazirlər Kabineti deputatın tələbini yerinə yetirdi - FOTO


Baş nazirin müavini Şahin Mustafayev Milli Məclisdə Mingəçeviri təmsil edən deputat Aydın Mirzəzadənin Nazirlər Kabinetinə ünvanladığı müraciətini cavablandırıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı deputat Aydın Mirzəzadə sosial şəbəkə hesabında yazıb.
Müraciət Mingəçevir şəhərində kənd təsərrüfatı ilə məşğul olan fermer təsərrüfatlarının, həyətyanı sahələrin, parkların, xiyabanların, təhsil, səhiyyə, mədəniyyət və digər sahələr üzrə fəaliyyət göstərən müəssisələrin ərazisindəki yaşıllıqların suvarılması ilə əlaqədardır.
Şahin Mustafayev müraciətə cavabda bildirib ki, Mingəçevir şəhərinin suvarma suyu ilə təchizatının həyata keçirilməsinə dair təkliflərin təqdim edilməsi barədə aidiyyəti qurumlara tapşırıq verilib.
“Təkliflər təhlil edildikdən sonra İqtisadiyyat Nazirliyinin rəyi əsas götürülərək, şəhərdaxili suvarma sisteminin layihəsinin hazırlanması və yenidən qurulması məqsədəuyğun hesab edilib”, - deyə Ş.Mustafayev əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top