Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi


Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun bu gün övladı dünyaya gəlib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şəhidin yaxınları məlumat veriblər. Məlumata görə, körpə oğlandır və sağlamlığı yerindədir: “Hələ cinsiyyəti məlum olanda atası adının Hüseyn olmasını istəmişdi. Onun arzusuna uyğun olaraq uşağa Hüseyn adı verilib”.

Qeyd edək ki, 30 yaşlı şəhid Vüsal Qüdrət oğlu Məmmədov cəmi 7 ay idi ki, ailə qurmuşdu. O, XTQ-nin tərkibində dalğıc (sualtı hücum) kəşfiyyatçı vəzifəsində xidmət edib. Oktyabrın 12-də Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. 

DİGƏR XƏBƏRLƏR

Top