Tarixdə ilk dəfə Paris birjasına qadın rəhbərlik edəcək


Fransa tarixində ilk dəfə Paris birjasına qadın rəhbərlik edəcək. 
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Delfin Amari adlı qadın 18-ci əsrin əvvəllərindən bəri Paris birjasının rəhbəri vəzifəsini tutan ilk qadın olacaq. Bunu Paris, Amsterdam, Brüssel, Dublin, Lissabon və Osloda filialları olan Ümumavropa Fond Birjası “Euronext NV” açıqlayıb.
Verilən məlumatlarda onun “Euronext” Parisin başçısı və İdarə Heyətinin üzvü təyin edildiyi vurğulanıb. D.Amari 15 Mart 2021 tarixində vəzifəsinə başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top