Müharibədən sonra separatçıların başçısı süni mayalanma proqramını işə saldı – SƏBƏB


Separatçıların başçısı Arayik Harutyunyan süni mayalanma üzrə “dövlət” proqramının yenidən işə salındığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Arayik Harutyunyan öz “facebook” səhifəsində məlumat verib. O bildirib ki, müharibədən sonrakı dövrdə üzləşdikləri çətinliklər belə bir qərar vermələri ilə nəticələnib:
“Mənim tapşırığımla, süni mayalanma üzrə proqram yenidən işə salındı ​​və bu proqram vasitəsilə bir çox körpələr dünyaya gələcək. Müharibədən sonra çiyinlərimizə düşən yük bu cür dəyişikiklər etməyimizə səbəb oldu”.
Harutyunyan çıxışının davamında yeni erməni uşaqlara ehtiyac olduğunu bu səbəblə hər kəsi yeni qərardan istifadə etməyə çağırıb. 

DİGƏR XƏBƏRLƏR

Top