Ermənistanda minlərlə şirkət fəaliyyətini dayandırıb – RƏSMİ AÇIQLAMA


2020-ci ildə Ermənistanda 22 min 154 sahibkarlıq subyekti fəaliyyətini dayandırıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Dövlət Gəlirlər Komitəsi açıqlayıb.
Məlumatda bildirilir ki, təkcə son 3 ayda -  oktyabr-dekabr aylarında 7 min 760 sahibkarlıq subyekti fəaliyyətini dayandırıb. 2019-cu illə müqayisədə 2020-ci ildə bağlanan sahibkarlıq subyektlərinin sayı 52% (7 min 563) artıb.  
Bundan əlavə, Dövlət Gəlirlər Komitəsinin məlumatına görə, 2020-ci ildə 4 min 918 sahibkarlıq subyekti ləğv edilərək qeydiyyatdan çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top