İndoneziyada zəlzələ səbəbilə ölənlərin sayı 78-ə çatdı


İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib.
Təbii hadisə zamanı daha 844 nəfər xəsarət alıb.
Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.
Qeyd edək ki, 15 yanvarda İndoneziyada baş verən 6,2 bal gücündəki zəlzələ səbəbilə 42 nəfər dünyasını dəyişdiyi, 820-dən çox insan yaralandığı bildirilirdi.

DİGƏR XƏBƏRLƏR

Top