Qara dənizdə batan gəmidə ölənlərin sayı artıb - YENİLƏNİB+VİDEO


Qara dənizdə batan gəminin heyət üzvlərindən ölənlərin sayı dördə, xilas edilənlərin sayı isə altı nəfərə çatıb.
Bu barədə yerli icra orqanları məlumat yayıb.
Bildirilib ki, gəmidəki heyətdə 2 nəfər Rusiya, 10 nəfər Ukrayna vətəndaşı olmaqla ümumilikdə 12 nəfər olub.
Hava şəraitinə görə xilasetmə əməliyyatı dayandırıldığı qeyd olunub.


***15:35
Rusiyanın yük gəmisi Qara dənizin Türkiyə sahillərində batıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Bartın vilayətində baş verib. Türkiyə tərəfi üç xilasetmə qayığı ilə gəmidə olan 15 ekipaj üzvünü xilas etmək üçün əməliyyat keçirir.
Əməliyyat nəticəsində 3 nəfərin xilas edildiyi bildirilir. Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatına mane oludu qeyd olunub.

 

DİGƏR XƏBƏRLƏR

Top