İsveç kralı və kraliçası da peyvənd olundular


İsveç kralı və kraliçası COVID-19-a qarşı peyvənd olunublar.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveç Krallığının Mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Kral cütlüyü – Kral Karl XVI Qustav və Kraliça Silviya hazırda yaşadıqları Stenhammar qalasında ilk dozalarını alıblar.

“COVID-19-a qarşı böyük vaksinasiya indi bütün ölkəmizdə həyata keçirilir. Ümid edirəm ki, yaxın aylarda peyvənd etmək imkanı olan hər kəs bunu etmək qərarına gələcək ki, birlikdə və mümkün qədər tez vaxta biz bu çətin vəziyyətin öhdəsindən gələ biləcəyik”, - deyə kral Karl XVI Qustav mətbuat üçün məlumatda bildirib.

DİGƏR XƏBƏRLƏR

Top