Xırdalanda piyada yolunun üstündə qanunsuz tikilən obyekt söküldü - FOTO


Xırdalanda Heydər Əliyev parkının yanındankı Zərifə Əliyeva küçəsində piyada yolunun üstündə tikilən obyekt sökülüb.
Yeniavaz.com
 xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə piyada yolunun üstündə tikilən obyekt ilə bağlı fotolar yayılmışdı.
Məsələ ilə bağlı Abşreon rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli yeniavaz.com-a açıqlamasında sözügedən obyektin qanunsuz tikildiyini bildirmişdi. 
"Ərazidə olan köşk müvafiq razılıq alınmadan, qeyri-qanuni şəkildə tikilib. Məsələ ilə bağlı İcra Hakimiyyəti tərəfindən sahibkara xəbərdarlıq edilib və şəhərin memarlığına uyğun gəlmədiyi üçün köşkün uzaqlaşdırılması üzrə işlər həyata keçirilir".

DİGƏR XƏBƏRLƏR

Top