Almaniyada hakim partiyaya yeni sədr seçildi – Merkeli onun əvəz edəcəyi iddia olunur


Almaniyafa hakim Xristian Demokratik Birlik  partiyasına yeni sədri seçilib.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, canlı yayımlanan birləşmə konqresindəki ikinci tur səsvermənin nəticələrinə əsasən Armin Lasçet hakim partiyanın lideri seçilib. O, Almaniyanın ən böyük bölgələrindən biri olan Şimali Reyn-Vestfaliya federal əyalətinin başçısıdır. Seçkilərdən sonra çıxış edən Lasçet Merkel siyasətini uğurlu hesab etdiyini və davam etdirməyə hazır olduğunu bildirib. 
Qeyd edək ki, yeni hökumətin qurulması ilə nəticələnəcək Bundestaqa seçkilər 26 sentyabrda keçiriləcək. Angela Merkel bu seçkilərdən sonra siyasətdən gedəcəyini bildirib. Hakim partiyanın yeni sədri Armin Lasçetin Merkeli əvəz edəcəyi iddia olunur. Bu barədə əlavə müzakirələr aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top