Azərbaycana 4 milyon doza vaksin gətiriləcək


“2021-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyyə edilən 2 milyon doza vaksin ölkəmizə gətiriləcək”. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, ikitərəfli danışıqlarda “Sinovac” şirkətinin istehsal etdiyi 4 milyon doza vaksinin Azərbaycana gətirilməsi nəzərdə tutulub: “Bu vaksinlər ilk öncə Türkiyəyə gətiriləcək, orada laboratoriyalarda standartlara uyğunluğu yoxlanılacaq, qablaşdırılacaq və hissə-hissə Azərbaycana gətiriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top