İndoneziyada zəlzələ səbəbilə ölənlərin sayı 42-yə çatdı - VİDEO


İndoneziyada zəlzələz səbəbilə ölən və yaralananların sayı artıb.
Yeniavaz.com
“reuters”ə istinadla xəbər verir ki, İndoneziyada baş verən 6,2 bal gücündəki zəlzələ səbəbilə 42 nəfər dünyasını dəyişib, 820-dən çox insan yaralanıb. Hadisə nəticəsində 300-dən çox evə zərər dəyib, iki otel yararsız hala düşüb. 
Güclü zəlzələnin sunami təhülkəsini də artırdığı bildirilib. Hələlik bu barədə dəqiq məlumat olmasa da ölkədə baş verə biləcək növbəti təhlükə barədə əhali xəbərdar edilib.

DİGƏR XƏBƏRLƏR

Top