"Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır" - Agentlik sədri


Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

O bildirib ki, ilkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu birgə səylərə mənfi tendensiyanı müsbətə doğru çevirməyə yeni imkanlar açır.

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur. Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir. //Trend

DİGƏR XƏBƏRLƏR

Top