Güclü külək Yevlaxda fəsad törədib


Yevlaxda güclü külək zamanı ağac avtomobilin üzərinə aşıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında baş verib. Belə ki, Yevlax rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.
Sürücü Vusal Ələkbərov deyir ki,”Xaldandan gəlirdim külək bərk əsirdi, ağac quru idi, maşının üstünə qırılıb düşdü". 
Qeyd edək ki, bölgədə külək günorta saatlarında şiddətlənib. Hazırda Yevlaxda külək müşahidə edilmir.
Esmira Hidayətova, Yevlax
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top