Dünyada COVID-19-dan ölənlərin sayı 2 milyonu keçdi


Dünyada yeni növ koroanvirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
 “worldometers”ə istinadla xəbər verir ki, dünyada COVID-19-dan ölənlərin sayı 2 milyon 6 min 243-ə, yoluxanların sayı isə 93 milyon 720 min 655-ə çatıb. 66 milyon 983 min 851 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 23 milyon 870 min 669 nəfər koronavirusa yoluxub, 398 min 370 nəfər isə ölüb.


 
 

DİGƏR XƏBƏRLƏR

Top