İtkin düşdüyü deyilən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşdi - FOTO


Vətən müharibəsində itkin düşən kapitan Elnur Cəbrayılovun şəhid olduğu müəyyənləşib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "qafqazinfo"ya şəhidimizin yaxınları məlumat verib.

Uzun müddət axtarışdan sonra şəhidimizin nəşi tapılıb.  Nəşin şəhid zabitimizə məxsus olduğu DNK analizi ilə təsdiqlənib. Şəhidimiz sabah Göygöldə torpağa tapşırılacaq.

Qeyd edək ki, ailəsi Elnur Cəbrayılovla sonuncu dəfə oktyabrın 12-də əlaqə saxlaya bilib. Bir gün sonra isə kapitan Cəbrayılov Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüşə girib. 

Göygölün Çaylı kəndində anadan olan 40 yaşlı zabitimiz ailəlidir, iki övladı yadigar qaldı.

DİGƏR XƏBƏRLƏR

Top