Çavuşoğlu: “Sülhməramlılara dedik ki, bu sizin səlahiyyətləriniz altında deyil”


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qarabağ məsələsi ilə bağlı növbəti açıqlama verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çavuşoğlu jurnalistlərə açıqlamasında Qarabağda sülhməramlıların fəaliyyətindən danışıb. O bildirib ki, Laçın dəhlizində hərəkət üçün Azərbaycandan icazə alınmalıdır:
“Azərbaycandan hər hansı bir şikayət gəlmyib. Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə vermək roludur. Bu istiqamətdə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Biz dedik ki, siz sülhməramlı olaraq oradasınız. Ərazidən kimlərin gedib-gələcəyinə qərar vermək sizin səlahiyyətləriniz altında deyil”.
 
 

DİGƏR XƏBƏRLƏR

Top