“Pfizer” peyvəndi vurulduqdan 2 saat sonra ölən şəxslə bağlı açıqlama verildi


Fransada “Pfizer” peyvəndi vurulan bəzi şəxslərdə allergik reaksiyalar ortaya çıxıb.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, bu barədə Fransanın Milli Dərman Təhlükəsizlik agentliyi məlumat verib. Bildirilib ki, 4 peyvənddən istifadə edən 4 nəfərdə allergik reaksiyalar ortaya çıxıb. Qocalar evində həmin peyvənd vurulan bir şəxsin isə 2 saat sonra dünyasını dəyişdiyi bildirilib. Lakin həmin şəxsdə heç bir allergiya özünü biruzə verməyib. Araşdırmalar nəticəsində həmin şəxsin peyvənd səbəbilə ölmədiyi məlum olub. Ümumilikdə isə 30 nəfərdə yüngül mənfi reaksiyaların olduğu xəbər verilib.
 

DİGƏR XƏBƏRLƏR

Top