Türkiyə növbəti dəfə Rusiyadan S-400 almaq üçün danışıqlara başlayır


Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan yanvar ayının sonunda Moskva ilə növbəti S-400 zenit raket sistemlərinin alınması ilə bağlı danışıqlara başlayır.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan birinci S-400 alayının təhvil verilməsi ilə bağlı işlərin artıq tamamlandığını, ikinci kompleksin ölkəyə gətirilməsi üçün Rusiya ilə dialoqların davam etdiyini bildirib:
“Yanvar ayının sonunda Rusiya ilə danışıqlar aparacağıq. Qarşıdakı təmaslar zamanı yalnız müdafiə sənayesi məsələləri deyil, müxtəlif mövzular da müzakirə ediləcək."
Qeyd edək ki, 11 yanvarda Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir ölkəyə gətirilən S-400-lərin istismara hazır olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top