Xırdalanda piyada yolunun üstündə qanunsuz obyekt tikilib - RƏSMİ AÇIQLAMA + FOTO


Xırdalanda Heydər Əliyev parkının yanındankı Zərifə Əliyeva küçəsində piyada yolunun üstündə yeni obyekt tikiblər.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto yayılıb. Fotodan da göründüyü kimi, dükan səki üzərində tikilib, bu da piyadaların gediş-gəlişi üçün maneə yaradır.
Məsələ ilə bağlı Abşreon rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında sözügedən obyektin qanunsuz tikildiyini bildirdi:
"Ərazidə olan köşk müvafiq razılıq alınmadan, qeyri-qanuni şəkildə tikilib. Məsələ ilə bağlı İcra Hakimiyyəti tərəfindən sahibkara xəbərdarlıq edilib və şəhərin memarlığına uyğun gəlmədiyi üçün köşkün uzaqlaşdırılması üzrə işlər həyata keçirilir".

DİGƏR XƏBƏRLƏR

Top