Peyvənd pasportlarının istifadəsi müzakirə olunur


Bir çox ölkə koronavirus peyvəndi barədə verilən pasportların tanınması məsələsini ÜST-lə müzakirə edir.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsanın Rifahına dair Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova bildirib ki, Rusiya peyvəndinin də beynəlxalq səviyyədə tanınması barədə ÜST-lə müzakirələr başlayıb. ÜST müzakirə üçün platforma qurub. 
Ümumdünya Səhiyyə Təşkilatı həmçinin bildirib ki, digər ölkələrə səyahət edilməsi üçün peyvənd pasportlarından istifadə məsələsi də müzakirə olunur. Bu barədə artıq araşdırma başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top