Dağlıq Qarabağdakı rus sülhməramlılarını koronavirüsünə qarşı peyvəndləməyə başlayıblar.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, artıq 2000 doza “Sputnik V” peyvəndi istifadə edilməsi üçün xüsusi təyinatlı tibbi hissəyə çatdırılıb.
Peyvəndləmənin iki mərhələdə olacağı vurğulanıb. Peyvəndin birinci komponenti yanvarın sonuna qədər bütün sülhməramlılara vurulacaq. İkinci komponenti isə 21 fevrala qədər tətbiq olunacaq.