Mübariz Mənsimovun məhkəmədən sonra ilk AÇIQLAMASI


Türkiyədə həbsdə olan “Palmali” şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yanvarın 13-də keçirilən məhkəmədən sonra ilk dəfə açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, Mübariz Mənsimovun rəsmi instaqram hesabında paylaşım edilib, məhkəməyə gəlib, iş adamına mənəvi dəstək olan bütün dostlara və sevənlərinə ayrı-ayrılıqda təşəkkür edib: “Bu soyuq havada ədliyyə binasının qarşısında gözləyən bacı və qardaşlarım, var olun! Sizləri yenidən görmək, dəstəyinizi hiss etmək mənə güc verdi. Türk ədalətinə və qanunun üstünlüyünə inancım tamdır. Dualarınızı əskik etməyin. Vətənim Azərbaycan xalqına və əsl türk millətinə təşəkkürümü bildirirəm. Allaha əmanət olun!”

DİGƏR XƏBƏRLƏR

Top